İngiltərənin “Şeffild Uensdey” klubu yeni baş məşqçisini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Deyv Çallinoru bu vəzifəyə təyin edib.

51 yaşlı mütəxəssis Henrik Pedersenin əvəzləyicisi olub. Çallinorun əvvəlki klubu “Stokport”u Milli Liqadan Liqa 1-ə yüksəltməsi və karyerası ərzində yeddi dəfə komandasını daha yüksək diviziona çıxarması diqqət çəkir.

Qeyd edək ki, “Şeffild Uensdey” ötən mövsüm Çempionşipdə 18 xallıq cəza alaraq çempionatı sıfır xalla sonuncu pillədə başa vurmuşdu. Komanda hazırda Liqa 1-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest