“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını başa vurub. Matc.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcək. Rəhman Hacıyevin oynaması isə sual altındadı.

Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” - “Şamaxı” matçı saat 15:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest