07 Noyabr 2024, 19:20
FUTBOL
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Qyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat paylaşıb.
Səsvermədə Luis Dias ("Liverpul") ikinci, Nikolas-Herrit Kyun ("Seltik") üçüncü yeri tutub.
Viktor Qyökereş Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Mançester Siti"yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.
Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.