"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev ötən həftə Türkiyədə əməliyyat edilib. O, Türkiyədə fərdi məşqlərə başlayacaq.
"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev ötən həftə Türkiyədə əməliyyat edilib.
Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu yenidən Türkiyəyə yollanacaq.
Amma bu dəfə komandası ilə birlikdə. O, Türkiyədə fərdi məşqlərə başlayacaq. Məhz orada olduğu müddətdə futbolçunun kollektivlə məşqlərə qoşulub-qoşulmayacağına qərar veriləcək.
Qeyd edək ki, o, bu mövsüm "Turan Tovuz"un heyətində 17 oyuna çıxıb və 2 qol vurub.
Faiq Hacıyev sol qasıq kanalında yırtıq diaqnozu qoyulduğu üçün cərrahiyyə əməliyyatı keçirib.
Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv qış təlim-məşq toplanışı yanvarın 4-dən 13-nə qədər Türkiyənin Antalya şəhərində baş tutacaq.