Türkiyə millisinin futbolçusu İsmayıl Yüksek "Fənərbaxça"dan ayrılmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə yerli "Fotomaç" nəşri məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün mövsümün sonunda İstanbul təmsilçisi ilə vidalaşmağı planlaşdırır.

Oyunçu Avropa klublarından gələcək təklifi dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildən "Fənərbaxça"ya məxsus olan İsmayıl Yüksek müxtəlif komandalara icarəyə də verilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest