30 Dekabr 2024, 21:16
FUTBOL
Avropanın bir çox klublarının transfer siyahısında olan Viktor Osimhen gələcəyi ilə bağlı qərarını verib. Nigeriyalı forvard mövsümü icarə əsasında formasını geyindiyi "Qalatasaray"da tamamlayacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Osimhen yanvar ayında ona gələn təklifləri dəyərləndirməyəcək. 26 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Napoli"ni bu barədə məlumatlandırıb.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni bu ilin sentyabr ayında icarəyə götürüb. Ulduz futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.