İngiltərə Premyer Liqasının 20-ci turunun bu gün baş tutmalı olan "Liverpul" – "Mançester Yunayted" oyunu güclü qar səbəbindən təxirə salına bilər.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, Liverpul Şəhər Şurasının Təhlükəsizlik Məsləhət Qrupu "Liverpul"un "Mançester Yunayted"ə qarşı oyunun baş tutub-tutmayacağına qərar vermək üçün müşavirə keçirir. Vurğulanır ki, son 24 saat ərzində Liverpul Şəhər Şurasının əməkdaşları qarı təmizləmək və azarkeşlərin yol təhlükəsizliyini təmin etmək üçün bir neçə dəfə küçələrə çıxıblar.

Qeyd edək ki, qarşılaşmanın saat 20:30-da başlaması nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest