"Fənərbaxça"da ayrılıq baş verə bilər. Matc.az xəbər verir ki, Cenk Tosun “sarı-lacivərtlilər”lə əməkdaşlığı dayandırmağa yaxındı.

Super Liqanın debütantı "Bodrum" Tosunu heyətinə qatmaq niyyətindədi. “Fənərbaxça” rəhbərliyi ümidləri doğrultmayan Türkiyə millisinin hücumçusu ilə yolları ayırmağa qarşı deyil. Bodrum təmsilçisi Cenki icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Cenk Tosun “Fənərbaxça”ya 2024-cü ilin yayında azad agent statusu ilə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest