03 İyun 2025, 19:18
FUTBOL
İtaliyalı mütəxəssis Simone İnzaqi "İnter"in baş məşqçi postunu tərk edir və bu həftə "Əl-Hilal"la müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Səudiyyə klubu ilə əmək müqaviləsi 3 illik olacaq. Bu gün İnzaqi ilə "İnter"in rəhbərliyi arasında görüş baş tutub və bundan sonra onun İtaliya nəhəngindəki gələcəyi müəyyənləşib.
Qeyd edək ki, İnzaqi 2021-ci ilin yayından "İnter"ə rəhbərlik edir.