05 İyun 2025, 02:05
FUTBOL
İtaliyalı məşqçi Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 49 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, ötən gün İnzaqi 2021-ci ildən rəhbərlik etdiyi "İnter"in baş məşqçi postunu tərk edib. Bu müddət ərzində o, İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.
"Əl-Hilal" isə Səudiyyə Ərəbistanı Pro Liqasını ikinci yerdə başa vurub. Komanda 34 oyunda 75 xal toplayıb.