"Mançester Yunayted" "Vest Hem" və "Everton"la birlikdə "Əl-Hilal"ın 30 yaşlı forvardı Aleksandr Mitroviçlə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Bildirilir ki, Səudiyyə klubu serb futbolçunu satmağa və ya icarəyə verməyə hazırdır, lakin bunu etməzdən əvvəl, iyunun 15-də başlayacaq klublararası dünya çempionatı ərəfəsində hücumçusuz qalmamaq üçün Mitroviçə əvəzləyici tapmaq istəyir.

Qeyd edək ki, Mitroviç "Əl-Hilal"a 2023-cü ilin yayında "Fulhem"dən keçib. 30 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest