"Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamalın dəyəri Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzaddıqdan sonra 402,3 milyon avro olaraq qiymətlədirilir.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumatına görə, "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamalın dəyəri Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzaddıqdan sonra 402,3 milyon avro olaraq qiymətlədirilir.
Matc.az xəbər verir ki, ispan futbolçu CIES-in hesablamalara görə dünyanın ən bahalı oyunçusudur.
İkinci sırada "Mançester Siti"nin hücumçusu Erlinq Haland qərarlaşıb. İlk "üçlüy"ü "Real" ulduz futbolçusu Cud Bellinqem tamamlayır.
CIES-ə görə dünyanın ən bahalı 10 futbolçusu:
1. Lamin Yamal ("Barselona") — 402,3 milyon avro
2. Erlinq Haland ("Mançester Siti") — 239,6 milyon avro
3. Cud Bellinqem ("Real", Madrid) – 233,8 milyon avro
4. Kilian Mbappe ("Real", Madrid) – 192,5 milyon avro
5. Camal Musiala ("Bavariya") – 154,8 milyon avro
6. Pedri ("Barselona") – 143,7 milyon avro
7. Vinisius Junior ("Real", Madrid) – 130,4 milyon avro
8. Koul Palmer (“Çelsi”) – 126,5 milyon avro
9. Julian Alvares ("Atletiko", Madrid) – 126 milyon avro
10. Florian Virtz ("Bayer") – 122,3 milyon avro.