"Liverpul"un vingeri Luis Dias "Barselona"ya keçmək arzusundadır və 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı bütün danışıqları əngəlləyib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, kolumbiyalı futbolçunun agenti mersisaydlıların rəhbərliyinə Luisin İngiltərə klubundan İspaniya nəhənginə keçmək istədiyini ifadə edib.

"Liverpul"un Diasın transferindən 85 milyon avro əldə etmək istədiyi vurğulanır, "Barselona" isə hücumçunun kluba təzyiqinin onları 28 yaşlı futbolçunu daha münasib bir məbləğə satmağa məcbur edə biləcəyini gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest