"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni komandada saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

"Komo" 21 yaşlı sol cinah müdafiəçisi üçün "Barselona"ya 6 milyon avro təzminat ödəyib. İspaniya U-21 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest