04 İyun 2025, 09:55
FUTBOL
Fernando Muslera ilə yollarını ayıran "Qalatasaray" yeni qapıçısını Yunanıstanda tapıb.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul klubu PAOK-da çıxış edən Dominik Kotarskini transfer etməyə yaxındır. "Qalatasaray"ın xorvatiyalı qolkiper üçün Yunanıstan klubuna 13 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Dominik Kotarski 2022-ci ilin yayından PAOK-da çıxış edir. 25 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.