Türkiyə mətbuatında "Qarabağ"a keçəcəyi iddia olunan Vensan Abubakar Mərakeşdən təklif alıb.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Vidad" klubu azad agent statusunda olan kamerunlu hücumçunu heyətinə qatmaq istəyir. Kasablanka təmsilçisi 33 yaşlı forvardla klublararası dünya çempionatına kimi müqavilə imzalamağa çalışır.

Qeyd edək ki, Vensan Abubakarın son klubu "Hatayspor" olub. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində keçirdiyi 28 oyunda  8 qol vurub,2  qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest