Adı PSJ ilə hallanan "Barselona"nın futbolçusu Qavi gələcəyi haqda danışıb.

Matc.az  "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ayrılıq barədə düşünmədiyini bildirib:

"İnsanlar hekayələrə inana bilərlər. Amma bu, olmayacaq. Xəyalım və istəyim bütün karyeram boyunca "Barselona"da qalmaqdır. Bu, həyatımın klubudur. Burada qalmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm".

Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan 20 yaşlı oyunçu başa çatan mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest