"Milan"ın müdafiəçisi Teo Ernandes "Əl-Hilal"dan aldığı cəlbedici təklifi qəbul etməyib.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Fransalı futbolçu Səudiyyə Ərəbistanında oynamaq istəmir. 27 yaşlı sol cinah müdafiəçisi karyerasını Avropada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Teo Ernandes başa çatan mövsümdə "Milan"ın heyətində keçirdiyi 49  oyunda 5 qol vurub, 6 qol ötürməsi edib. Onun klubla 1 illik müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest