"Əl-Hilal" "Milan"ın müdafiəçisi Teo Ernandesi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

"Milan" fransalı futbolçunun satışından 25 milyon avro gəlir əldə edib. 27 yaşlı sol cinah müdafiəçisi "Əl-Hilal"la 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Teo Ernandes ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 49 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest