"İnter" müdafiə xəttinə gənc oyunçu cəlb edib.

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"da çıxış edən Leon Yakiroviçin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"İnter" 18 yaşlı mərkəz müdafiəçisi üçün Zaqreb klubuna 2,5+2 milyon avro təzminat ödəyəcək. Xorvatiyalı futbolçu bu həftə Milana gedin yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Leon Yakiroviç hazırda "Dinamo"nun U-19 komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest