Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.
Matc.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirəcək. “Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Saat 15:00-da başlanacaq qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
3 mart
Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar)
“Dalğa Arena”. Saat 15:00
Baş hakim: Anna Adamska
Baş hakimin köməkçiləri: Yulia Bukaroviç, Angelika Novak
Dördüncü hakim: Mixalina Diakov
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Sərtan Kırağası (Türkiyə)





_1772534311.jpg)






