"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan Domi Massumo mükafatlandırılıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı PFL-in mətbuat xidməti yayıb.

"Qəbələ" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının XXII turunun "Qəbələ" – "Karvan-Yevlax" görüşündən əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest