Kristian Romero mövsüm başa çatdıqdan sonra "Tottenhem"i tərk etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Argentinalı futbolçu artıq klub rəhbərliyinə yay transfer pəncərəsi zamanı komandasını dəyişmək istədiyini bildirib. 27 yaşlı mərkəz müdafiəçisinin gedişi demək olar ki, qaçılmaz hesab olunur.

Hətta "Tottenhem" İngiltərə Premyer Liqasında yerini qorusa və UEFA Çempionlar Liqasında uğur qazansa belə, qərarın dəyişməyəcəyi bildirilir.

Qeyd edək ki, Kristian Romero 2022-ci ildə "Atalanta"dan dan 52 milyon avro qarşılığında "Tottenhem"ə keçib. Kapitan cari mövsümdə London təmsilçisinin heyətində 28 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest