Misli Premyer Liqasında XXIX turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
"Şamaxı" doğma meydanda "Kəpəzi" qəbul edəcək. Turun mərkəzi oyununda isə "Neftçi" "Qarabağ"la üz-üzə gələcək.
Misli Premyer Liqası
XXIX tur
26 aprel (bazar)
16:00. "Şamaxı" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
"Palms Sports Arena"












