06 Aprel 2026, 19:36
FUTBOL
Finlandiya milli komandasının sabiq üzvü Yari Litmanen yenidən yaşıl meydanlara qayıdıb.
Matc.az xəbər verir ki, 55 yaşlı əfsanəvi oyunçu Estoniyanın “Kalev” klubunun üçüncü komandası ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Litmanen karyerası ərzində “Ayaks”, “Barselona” və “Liverpul” kimi klublarda çıxış edib. O, 1995-ci ildə “Ayaks”ın heyətində Çempionlar Liqasının qalibi olub.
Litmanen Finlandiya millisində 137 oyun keçirib. Yarımmüdafiəçi 2012-ci ildə peşəkar karyerasını başa vurmuşdu.









_1775499735.jpg)


