13 May 2026, 12:12
FUTBOL
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Rafael Qerreyro karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Beşiktaş" yayda azad agent statusunda olacaq portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi yaxın günlərdə 32 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Təcrübəli oyunçuya MLS və Səudiyyə Ərəbistanı klublarında da təkliflər var.
Qeyd edək ki, Rafael Qerreyro bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 27 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.


_1778675212.jpg)





_1777894916_1778668071.jpg)




