10 Avqust 2026, 20:18
FUTBOL
Sabiq futbolçusu Namiq Ələsgərov yenidən Gəncə klubuna qayıdıb.
Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir oyunçu ilə güclənib. Sabiq futbolçusu Namiq Ələsgərov yenidən Gəncə klubuna qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.
Namiq Ələsgərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib. 2015/16 mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb.
Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.













