"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv turnirin II təsnifat mərhələsinin cavab oyununda Xorvatiya təmsilçisi "Dinamo" ilə üz-üzə gəlib.
 
Zapreşiç şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:0.
 
Bakıda gerçəkləşən ilk görüşdə 1:2 hesabı ilə udazan "Qarabağ"ın U-19 komandası turnirlə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest