"Seçmə mərhələdəki mübarizəni Avropa çempionatında da davam etdirərək, uğurlu turnir keçirmək istəyirik. Qrupumuzda, xüsusən də, İtaliya çox güclü komandadı. Bunu seçmə mərhələdə xal itirməyərək göstərdilər".
Amerika Kubokunun püşkü atılıb. Qrupların tərkibi bəlli olub. Gələn il Argentina və Kolumbiyada keçiriləcək yarışın iştirakçıları iki qrupa bölünüb. Meydan sahiblərindən biri olan Argentina A qrupunda yer alıb. "Tanqoçular" Boliviya, Uruqvay, Çili, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.
Futzal üzrə Yüksək Liqada XI turun təyinatları müəyyənləşib. Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə oyunları idarə edəcək referilərin adlarını açıqlayıb. Dekabrın 5-də baş tutacaq qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
Gürcüstan yüksək liqasında XXXVI turun rəmzi komandası açıqlanıb. Simvolik "11-liy"ə azərbaycanlı futbolçu Fuad Bayramov da düşüb. "Rustavi"nin yarımmüdafiəçisi buna "Dila" ilə qarşılaşmadakı performansı ilə nail olub. Doğum günündə 2:2 hesabı ilə başa çatan görüşdə Bayramov "Rustavi"nin ilk qoluna imza atıb.
"Belə kubok oyunları həmişə çətin olur. I divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq".
2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının tətbiqinə başlayacaq. İndiyədək təşkil olunan AÇ-lərdən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.