"Qalatasaray"ın futbolçusu Yusuf Demir İspaniya La Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

55 klub türk əsilli avstriyalı vingeri heyətinə qatmaq istəyir. "Valensiya", "Osasuna", "Espanyol", "Xetafe" və "Elçe" 22 yaşlı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Yusuf Demir ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib. Avstriya millisinin üzvü 2021/2022 mövsümündə "Barselona"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest