"Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindi. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin"
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək. Yığmamız qrupdakı ikinci görüşündə Çexiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olacaq.
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsi başa çatmaq üzrədi. Yarışda ölkəmizi təmsil edən “Araz” bu gün son oyununu keçirib. Təmsilçimiz qrup oyunlarını təşkil edən Belçikada Ukrayna çempionu “Xerson”la qarşılaşıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyunun təyinatları müəyyənləşib. UEFA görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.