"Fənərbaxça"nın futbolçusu Sofian Amrabat İtaliyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Calcio Mercato" nəşri məlumat yayıb.

"Atalanta" mərakeşli yarımmüdafiəçinin xidmətində maraqlıdır. A Seriyası təmsilçisinin baş məşqçisi İvan Yuriç Amrabatı komandasında görmək istəyir.

"Atalanta" 28 yaşlı futbolçu üçün 15 milyon avroluq təklif göndərib. Türkiyə klubu isə təcrübəli dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro tələb edir.

Qeyd edək ki, Sofyan Amrabat ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 39 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib. O, daha əvvəl İtaliyada "Verona" və "Fiorentina"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest