İslandiya millisinin “çərçivə qoruyucusu” “KR Reykyavik”dən dəvət alsa da, bu təklifi rədd edib. Amma bununla belə futbolçu vətəninə dönməyə isti yanaşa bilər.
Hücumçunun agenti Pol Miçel xəbəri təsdiqləyib: “Robin Azərbaycandan bir klubla anlaşmaq üzrədi və bir neçə xırda detal həll olunduqdan sonra transfer açıqlanacaq”.
İddialılardan “Mançester Yunayted” evdə “Brayton”u 2:1 hesabı ilə üstələyib. Turun mərkəzi oyunu Londonda keçirilib. “Arsenal” öz meydanında “Çelsi”ni məğlub edib - 2:0.
Arada fərq qoymadan burda olan bütün komandalarımızın oyunlarından canlı yayın təşkil etməyə çalışacağıq. Lakin bəzən bizdən asılı olmayan səbəblər də olur. Məsələn, elə stadionlar var ki, ordan yayın təşkil etmək alınmır, çətindi.
"Ümumən çox yaxşı, sakit oyun alındı. Hər 2 komanda çox nizam-intizamlı oynadı. Əlbəttə, hesab belə oyunlarda bizim üçün önəmlidir. Ancaq ondan da önəmli olan detallar var idi ki, onları meydanda görmək istəyirdim"
Ağdam təmsilçisi Çexiyanın “Bohemians” klubu ilə görüşüb. İlk oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu dəfə də məğlub duruma düşüb.
Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. İlk matçında Macarıstan klubu “Aqvital”a 3:2 hesabı ilə qalib gələn bakılılar daha güclü rəqiblə dueldə heç-heçə ilə kifayətlənib.
Topaz Premyer Liqasının debütantı “Sabah” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Elşad Əhmədovun yetirmələri Antalyada 3-cü görüşünə çıxıb. Bakılılar Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti oyununu keçirməli idi. Ayxan Abbasovun yetirmələrinin Bosniya və Herseqovinanın "Çelik" klubu ilə qarşılaşması planlaşdırılırdı. Təmsilçimizin budəfəki qarşılaşması baş tutmayıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.