11 İyul 2025, 20:13
FUTBOL
"Beşiktaş" "Sauthempton"la müqaviləsi başa çatan Kayl Uolker-Petersin keçidini yekunlaşdırmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə "Haber Türk" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi 27 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. İngiltərənin oyunçunun illik maaşı 3,5 milyon avro olacaq.
İngiltərə millisinə də dəvət almış müdafiəçi Türkiyəyə yollanıb tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, Kayl Uolker-Peters ötən mövsüm "Sauthempton"un heyətində keçirdiyi 35 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.