Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb. 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. “Zirə” ilə matç Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub.
Dünya çempionatı ilə bağlı növbəti rüşvət qalmaqalı yaşanır. FİFA-nın DÇ-2022-ni Qətərə verməsi 880 milyon dollara başa gəlib. Belə ki, iddiaya görə, Qətər tərəfi mundialın ev sahibliyini qazanmamışdan 3 həftə əvvəl ali futbol qurumuna 400 milyon dollar təklif edib.
"Mövsüm başa çatmaq üzrədi. Klublarımız 4 aydan sonra avrokuboklarda qəhrəmanlıq göstərmək barədə düşünməlidilər. Bu dəfə Lüksemburq, İslandiya və ya Azərbaycandan yarı həvəskar komanda bəxtimizə düşə bilər".
"Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adı açıqlanıb. Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.