Bakı vaxtı ilə eyni saatda – 22:45-də start götürən həlledici görüşlərdə Portuqaliya yığması Şimali Makedoniyanı, Polşa seçməsi isə İsveçi qəbul edib. Hər iki oyunda meydan sahibləri inamlı qələbə qazanaraq mundiala vəsiqə əldə ediblər.
Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
AÇ-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini martın 25-də Sumqayıtda Estoniya üzərində qazanan (3:0) Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşıb. “Bakcell Arena”da baş tutan matçda qapılara dörd qol vurulub. Lakin bu dəfə də 3 qola üzülən tərəf yığmamız olub.
“Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik. Əminəm ki, Albaniya ilə yaxşı yoxlama matçı olacaq. Çalışacağıq ki, bu görüşü də qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq”
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.