“Neftçi”nin legioneri Afinaya yollandı - “Olimpiakos”a keçir
“Neftçi”nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Afinaya yola düşüb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.