Qalmaqallı italyan hücumçu Mario Balotelli müqaviləsi dünən başa çatan keçmiş klubu "Cenoa"nı tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

"Cenoa" mənə hörmətsizlik etdi. Klub heç vaxt öz mövqeyini dəqiq müəyyənləşdirməyə cəsarət göstərməyib. Və deyəsən, mən Vieyranın gözünə batırdım", - deyə İtaliya millisinin 34 yaşlı sabiq forvardı açıqlama verib.

Xatırladaq ki, Balotelli ötən ilin oktyabrında azad agent kimi "Cenoa"ya keçmişdi. Qısa müddətdən sonra komandaya Balotellinin "Nitsa"da birlikdə olduqları vaxtdan bəri çətin münasibəti olan Patrik Viyera başçılıq edirdi.

Hücumçu ötən mövsüm A Seriyasında 6 matçda iştirak edib, ümumilikdə 56 dəqiqə meydanda olub, lain fərqlənə bilməib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest