Samir Musayev və hakimləri söyən 10 futbolçu cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Aşağı yaş qrupu üzrə liqalarda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Komitə, xüsusən də, hakimlər briqadasını təhqir edən məşqçi, klub rəsmisi və futbolçuları sərt cəzalandırıb.