“Qarabağ”ın sabiq hücumçusu Türkiyə klubuna keçir
29 yaşlı futbolçu Çexiyanın “Dinamo” klubundan ayrılıb. Artıq Türkiyəyə gələn Delarj Bolu təmsilçisi ilə razılığa gəlib. Tezliklə tərəflərin rəsmi müqaviləyə imza atması və TFF 1-ci liqa təmsilçisinin bu transferi rəsmən açıqlaması gözlənilir.