12 İyul 2025, 10:56
FUTBOL
"Brest" in qapıçısı Marko Bizot karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Aston Villa" niderlandlı qolkiperi transfer etmək istəyir. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Transfer yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Marko Bizot 2021-ci ildən "Brest"də çıxış edir. 24 yaşlı qapıçı ötən mövsüm liqa 1 təmsilçisinin heyətində 41 oyunda iştirak edib.