Xayme Romeronun durumu müəyyənləşdi
Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romeronun durumuna aydınlıq gəlib. İspaniyalı futbolçu bu gün tibbi müayinədən keçib. 29 yaşlı vingerin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib.