28 Fevral 2020, 19:56
AVROPA LİQASI
İngiltərənin "Mançester Yunayted" klubu 2013-cü ildən sonra ilk dəfə avrokuboklarda 5 və daha çox qol fərqi ilə qələbə qazanıb.
Matc.az xəbər verr ki, "qırmızı şeytanlar" buna Belçika "Brügge"sini 5:0 (ilk oyun 1:1) hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda nail olublar.
İngiltərə təmsilçisi son olaraq 2013-cü ildə çempionlar Liqasının qrup mərhələsində Almaniya "Bayer"ini (Leverkuzen) eyni hesabla üstələyib.
Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasında 1/8 finalında Avstriya LASK-ı ilə qarşılaşacaq.