13 Mart 2026, 12:15
FUTBOL
"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, "Çelsi" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
London təmsilçisi yaxın günlərdə 23 yaşlı sol cinah müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, Rikkardo Kalafiori bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












