28 Fevral 2020, 22:55
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, mərhələnin sonuncu qarşılaşması Avstriya "Zalsburq"u ilə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları arasında baş tutub.
Əslində bu görüş ötən gecə keçirilməli idi. Amma matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi.
Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. Cavab görüşündə isə qalib müəyyənləşməyib. Beləliklə, "Ayntraxt" sonuncu 1/8 finalçı olub.
Almaniya təmsilçisi 1/8 finalda İsveçrənin "Bazel" klubu ilə mübarizə aparacaq. Frankfurt klubunun bu rəqiblə ilk oyunu martın 12-də evdə, cavab görüşü isə ayın 19-da səfərdə olacaq.
Avropa Liqası
1/16 finalın cavab oyunu
28 fevral
Zalsburq (Avstriya) – Ayntraxt (Almaniya) 2:2
Qol: Ulmer, 10. Onquene, 72 – A.Silva, 30; 83.