Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu, İspaniyanın "Espanyol" klubunun hücumçusu Conatan Kalyeridi. Argentinalı futbolçu İngiltərənin "Vulverhempton" klubuna 3:2 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atmışdı.
 
Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Fred ("Mançester Yunayted"), Edin Vişça ("Başakşəhər") və Kay Haverts ("Bayer") idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest