Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb. Bu barədə matc.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib:
"Hazırda hər yer bağlıdır. Karantin müddəti aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Əgər karantinin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".
Qeyd edək ki, Premyer Liqada fasilə müddəti bu gün bitməli idi.