"Barselona"nın prezidenti Joan Laporta komandanın əsas ulduzu Lamin Yamalın "Qızıl top" mükafatına layiq olduğuna əminliyini ifadə edib.
Matc.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb.
O, 2026-cı ildə fərdi mükafatı qazanmaq şansları ilə bağlı verdiyi son bəyanatdan sonra tənqid olunmağa başlayan 19 yaşlı sağ vingerə dəstək olub.
"Laminin "Qızıl top"u qazanmasına çox şad olardım və əslində onun buna layiq olduğunu düşünürəm", – deyə Laporta bildirib.
Ötən 2025/26 mövsümündə Yamal Kataloniya klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisinin heyətində isə DÇ-2026-nın çempionu olub. Dünya çempionatında o, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Yeni mövsümdə Yamal artıq "Barselona"nınn heyətində 6 oyunda iştirak edib, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl Yamal və Kilian Mbappe ən nüfuzlu fərdi mükafata layiq olduqlarını bəyan etmişdilər. Onların bu fikirlərini isə "Barselona"nın keçmiş müdafiəçisi Abelardo Fernandes tənqid atəşinə tutub.
"Qızıl top - 2026" mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Təşkilatçılar futbolçuların qiymətləndirilmə meyarlarına dəyişikliklər ediblər. Sentyabrın 8-də isə "Qızıl top - 2026"ın bütün nominantları müəyyənləşib.

_1789485061.jpg)











