Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan yerli liqalarla bağlı qərarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, çempionatların vaxtından əvvəl başa çatdırılması məqsəduyğun hesab olunub.
 
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. ölkədə yeni mövsümə avqustda start veriləcəyi bildirilib.
 
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu BƏƏ çempionatında mövsümü 14 komanda arasında 9-cu pillədə başa vurub. 30 yaşlı milliləşmiş braziliyalı qış fasiləsində "Qarabağ"dan bu kluba keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest