03 İyul 2020, 10:18
FUTBOL
Rüfət Dadaşovun çıxış etdiyi Amerika I Liqa (USL) təmsilçisi "Foneks Rizinq" koronavirus pandemiyası səbəbindən yaranan fasilənin ardından iyulun 11-də növbəti oyununa çıxacaq.
Matc.az klub saytına istinadən xəbər verir ki, komanda doğma meydanda "La Qalaksi II" kollektivi ilə üz-üzə gələcək. Görüş azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, USL-də ilk turun ardından çempionat koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.